Kəlbəcərdə qəza, xəsarət alanlar var
08 iyul 2025 08:35 (UTC +04:00)

Kəlbəcərdə qəza, xəsarət alanlar var

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1980-ci il təvəllüdlü X. Quliyev onun sərnişinləri; 1988-ci il təvəllüdlü E. Həsənov və 2000-ci il təvəllüdlü V. Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar