Kəlbəcərdə mina düşüb şəhid olan Məhərrəm İbrahimov və Sirac Abışov
04 iyun 2021 18:44 (UTC +04:00)

Kəlbəcərdə mina düşüb şəhid olan Məhərrəm İbrahimov və Sirac Abışov

Kəlbəcərdə şəhid olan jurnalistlərin azad olunmuş ərazilərdən hazırladığı - VİDEOREPORTAJ

Bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.

Lent.az Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin də daxil olduğu çəkiliş qrupunun Ermənistanın işğalından azad edilmiş ərazilərdən hazırladığı videoreportajı təqdim edir.

Kəlbəcərdə şəhid olan jurnalistlərin azad olunmuş ərazilərdən hazırladığı reporaj

# 2475
avatar

Oxşar yazılar