Qəbələdə karantin pozulan toy
24 noyabr 2021 17:53 (UTC +04:00)

Qəbələdə karantin pozulan toy

Kənddə toya çox adam çağırdılar: Təşkilatçılar cərimələndilər - FOTO

0

Qəbələ rayonunun Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı hər bir mərasimdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də 28 nəfərin COVID-19 pasportu olmadığı müəyyənləşdirilib.

Qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elxan Səmədov və Qriqori Aşuqov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2354

Oxşar yazılar