Moskvada arvadını kəsərək 20 avtomobili əzən kişi valideynlərinin ölümündən sonra psixi problemlər yaşayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu qeyr-adi zorakılıq edən şəxsin Paşa Mamoyandir, onun 41 yaşı var.
Bir gün əvvəl o, 30 yaşlı həyat yoldaşı Fatimə və iki yaşlı qızının müşayiəti ilə Tambovdakı qohumlarını ziyarət edib. Axşam ailəsi “Jeep Grand Cherokee” avtomobili ilə Yaroslavla evə yola düşüb. Yolda, Moskvadan keçərkən ər-arvad arasında mübahisə yaranıb, bu zaman Paşa arvadına bıçaqla hücum edib və onlarla avtomobilə çırpılıb.
Paşa Stupinoda saxlanıldıqdan sonra şöbəyə, qadın xəstəxanaya, körpə isə yetkinlik yaşına çatmayanlar şöbəsinin əməkdaşlarına təhvil verilib. İndi ailənin yaxınları ana sağalana qədər uşağı özləri ilə aparmaq üçün Moskvaya yollanırlar.