Kişi əqrəb yeyib  özünü öldürdü
18 aprel 2024 17:14 (UTC +04:00)

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib.

Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyini təsdiq edib. Samsun Təhsil və Araşdırma Xəstəxanasına sövq edilən Bilal Yiğit müdaxilələrə baxmayaraq həyatını itirib.

# 1914
avatar

Oxşar yazılar