Koronavirus xəstələri nə vaxtdan ictimai yerlərə çıxa bilər? - RƏSMİ CAVAB
21 dekabr 2020 13:44 (UTC +04:00)

Koronavirus xəstələri nə vaxtdan ictimai yerlərə çıxa bilər? - RƏSMİ CAVAB

Koronavirus testi pozitiv çıxan şəxsdən 14 gündən sonra təkrar analiz verməsi tələb olunmur.

Bu barədə koronavirus xəstələrinin nə vaxt təhlükəsiz olması ilə bağlı Lent.az-ın sualına cavab olaraq, Tibb Ərazi Bölmələri İdarəetmə Birliyinin mətbuat xidmətindən bildirilib.

Məlum olduğu kimi, səhhətində problem olan vətəndaşlar koronavirus testi verdikdən sonra nəticəsi ilə bağlı şəxsin telefonuna bildiriş gəlir. Testin nəticəsi pozitiv olan şəxsə və ailə üzvlərinə evdən çıxmamaqla əlaqədar xəbərdarlıq edilir. Məsələnin əsas tərəfi isə həmin vətəndaşın nə zamandan təhlükəsiz hesab olunması və ictimai yerlərə çıxmasıdır. Vətəndaşa buna görə hansısa bildiriş gəlirmi?

TƏBİB mətbuat xidmətindən Lent.az-ın sualına cavab olaraq bildirilib ki, koronavirus nəticəsi pozitiv olan şəxsin 14 gündən sonra təkrar test verməsi şərt deyil:

"Xəstə evdə müalicə aldığı 14 gündən sonra sistemdən avtomatik olaraq çıxır. Həmçinin "e-tabib" tətbiqində də bunu görmək mümkündür. Bundan əlavə, şəxsin telefonuna sms bildiriş də gəlir".

Qurumdan o da bildirilib ki, əgər xəstə xarici ölkəyə gedəcəksə və işdən test nəticəsi tələb olunursa, öz istəyilə gedib test verə bilər.

# 3579
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21