Səməd Hüseynzadə
15 aprel 2021 12:52 (UTC +04:00)

Səməd Hüseynzadə

Koronavirusdan ölən hakimin oğlu həbsdən buraxıldı - VİDEO

İki gün əvvəl koronavirusdan ölən tanınmış məhkəmə hakiminin həbsdə olan oğlu azadlığa buraxılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum Rəşid Hüseynovun oğlu Səməd Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənib. 

Qeyd edək ki, S.Hüseynzadə bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində həbs edilmişdi. O, saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaratmaqda təqsirli bilinib.

S.Hüseynzadə 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Xatırladaq ki, S.Hüseynzadə tanınmış hakim Rəşid Hüseynovun oğludur. Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışan Rəşid Hüseynov bir müddət əvvəl COVID-19 virusuna yoluxub. Xəstəxanaya yerləşdirilən hakim iki gün əvvəl orada ölüb. 

Hakim Rəşid Hüseynov

Koronavirusdan ölən hakimin oğlu həbsdən buraxıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8184
avatar

Oxşar yazılar