Körpələri xaricə satan özəl klinika həkimləri İFŞA OLUNDU
31 may 2025 18:14 (UTC +04:00)

Körpələri xaricə satan özəl klinika həkimləri İFŞA OLUNDU

Rusiyanın Primorsk diyarında özəl klinikanın 8 həkimi uşaqları xaricə satmaqda təqsirli bilinir. İki il ərzində onlar ən azı 13 uşağı başqa ölkələrə satıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, altı qadın və iki kişi Vladivostokda klinikalar şəbəkəsində qeyri-qanuni olaraq qızlara sonsuzluq haqqında sənəd veriblər. 2018-ci ildən 2020-ci ilə qədər embrionlar müalicə adı altında yetişdirilib. Doğuşdan sonra yeni doğulmuş körpələr başqa ölkələrə satılıb. Ümumilikdə 13 uşaq bu yolla xaricə göndərilib.

Onlar bundan 53 milyon rubldan (təxminən 1 milyon 167 min manat) çox gəlir əldə ediblər.

Təqsirləndirilən şəxslər sonsuzluğun müalicəsi adı altında köməkçi reproduktiv texnologiyalardan istifadə edərək, embrionların yetişdirilməsi və sonradan uşaq dünyaya gətirilməsi, satmaq, sonra isə xaricə aparmaq məqsədi ilə hərəkətlər həyata keçiriblər.

Baş həkimlər, reproduktiv həkimlər və klinikalar şəbəkəsinin sahibi Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin 3-cü hissəsi - yetkinlik yaşına çatmayanların qanunsuz olaraq xaricə çıxarılması ilə alveri ilə ittiham olunurlar. Potensial cəza 15 ilə qədər həbsdir. Onlara başqa yerə getməmək barədə qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2266

Oxşar yazılar