Gəncədə partlayıcı pirotexniki vasitələr aşkarlandı.
Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. K. Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ələ keçirilən pirotexniki vasitələr
Köşkdə partlayıcı maddələr satırdılar-FOTO
Oxşar yazılar

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53
İmişlidə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, ikisi qadındır
2 avqust 2025 , 12:26
64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43