Kür çayından 4 meyit  tapıldı
15 may 2025 11:46 (UTC +04:00)

Kür çayından 4 meyit tapıldı

Gürcüstanın paytaxtı Tbilisidə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər mayın 14-də çaya düşən avtomobili və onun içində olan iki nəfərin meyitini aşkar ediblər. Hazırda bir nəfərin axtarışları davam etdirilir.

Bu məlumatı  Fövqəladə Halların İdarəetmə Xidməti təsdiqləyib.

Xatırladaq ki, 14 may səhər saatlarında Kür çayına içində 4 nəfər olan avtomobil düşmüşdü. Hadisədən dərhal sonra bir nəfər xilasedicilər tərəfindən sudan çıxarılmışdı.

Qəza ilə bağlı hüquq-mühafizə orqanları 23 yaşlı bir gənci saxlayıblar. O, baş vermiş yol-nəqliyyat hadisəsinə görə məsuliyyət daşımaqda ittiham olunur.

Qeyd edək ki, çayda suyun səviyyəsinin azaldılması nəticəsində 45 gün əvvəl itkin düşən azərbaycanlı 21 yaşlı Aytac Məmmədovanın da meyiti aşkar olunaraq, sudan çıxarılıb.

Aytac Məmmədova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar