Çavuş Dosməmməd Dosməmmədovun təltifetmə mərasimindən görüntü
12 mart 2021 17:52 (UTC +04:00)

Çavuş Dosməmməd Dosməmmədovun təltifetmə mərasimindən görüntü

Kürdə batanı xilas edən FHN əməkdaşı təltif edildi

Mingəçevirdə iş vaxtından kənarda suda batan şəxsi xilas edən dalğıcı daxili xidmət çavuşu təltif edilib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən istinadən məlumata görə, iş vaxtından kənar – məzuniyyətdə olarkən 12021-ci il fevralın 16-da Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində boğulan şəxsi xilas etmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun dalğıcı daxili xidmət çavuşu Dosməmmədov Dosməmməd Qəhrəman oğlu döş nişanı ilə təltif olunub.

Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Dosməmməd Dosməmmədova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olduğunu bildirib.

Daha sonra D.Dosməmmədova “Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya” döş nişanı və vəsiqəsi təqdim edilib.

# 2406
avatar

Oxşar yazılar