Mağazaya girdi, "07"sini oğurladılar  - Yasamalda
19 fevral 2026 10:13 (UTC +04:00)

Mağazaya girdi, "07"sini oğurladılar - Yasamalda

0

Bakının Yasamal rayonunda bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluq və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B.Əsədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar