Türkiyədə ata-oğul yol qəzasında faciəvi şəkildə ölüblər.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Hatay şəhərinin Kırıkhan qəsəbəsində baş verib.
Gübrə daşıyan TIR idarəetmədən çıxaraq, yol kənarına aşıb. Daha sonra yük avtomobilində yanğın başlayıb. Nəticədə sürücü Nəcməddin Çingiz və 13 yaşlı oğlu Rəsul Çingiz yanaraq, ölüblər.
Faktla bağlı araşdırma başlayıb.