Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
09 may 2025 16:02 (UTC +04:00)

Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB

Masallıda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunlar Masallı rayonunun Böyuk Xocavar kənd sakinləri, sürücü 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurov, 1991-ci il təvəllüdlü Maral Tohid qızı Teymurova və 1957-ci il təvəllüdlü Gülbəyim Xəlil qızı Bayramovadır.

Hazırda yaralıların müalicəsi Masallı rayon xəstəxanasında davam etdirilir.

***
15:24

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, ilkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 43 yaşlı Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2 yaşlı Teymurov Əli və 9 yaşlı Teymurova Banu, qohumu, 23 yaşlı Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

***
14:27

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında yeni Ələt-Astara magistralının 122-ci km-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək bir neçə dəfə çevrilib. İlkin məlumata görə, avtomobildə olan bir azyaşlı ölüb, digər sərnişinlər xəsarət alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1619

Oxşar yazılar