Maşından 120 mindən çox partlayıcı tapıldı
29 noyabr 2021 13:13 (UTC +04:00)

Maşından 120 mindən çox partlayıcı tapıldı

Qazaxda avtomobildən külli miqdarda partlayıcı maddə aşkarlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Qazax rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə 1-ci Şıxlı kənd sakini N.Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı sərnişini R.Mustafayevə məxsus 120 min 288 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

# 1302
avatar

Mehman Nəbiyev

Oxşar yazılar