İsmayıllıda anasının ölümünə səbəb olan sürücü Azər Qədirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib. İş hakim Rafael Şirinovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il sentyabrın 24-də İsmayıllı rayonunun Bilzan kəndində baş verib. Belə ki, Bakı şəhər sakini 30 yaşlı Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan anası, 63 yaşlı Qədirli Əliyyə Bahadur qızı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Əliyyə Qədirlinin cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Hadisə zamanı sürücü Azər Qədirli və oğlu 5 yaşlı Qədirli Uğur İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Maşını aşırıb anasını öldürən oğulun məhkəməsi başlayır
Oxşar yazılar

Xəzərdə güclü zəlzələ oldu
27 avqust 2025 , 00:54
Kürdəmirdə ağır qəza - 1 ölü, 1 yaralı var
26 avqust 2025 , 21:19
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
26 avqust 2025 , 20:53
Cəlilabadda 5 maşın toqquşdu: yaralılar var
26 avqust 2025 , 19:50
İmamoğlunun vəkili də saxlanıldı
26 avqust 2025 , 18:25
Bakıda uşaq süni göldə batdı
26 avqust 2025 , 17:54
Suriyaya gedən azərbaycanlı qadınlar məhkəmədə DANIŞDI
26 avqust 2025 , 17:35