Məktəblilər arasında dava: bıçaqlananlar var 
01 iyun 2023 23:57 (UTC +04:00)

Məktəblilər arasında dava: bıçaqlananlar var 

Bakının Sabunçu rayonunda yeniyetmələr arasında dava düşüb və iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun İvan Anaşkin küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Novruzov Yusif Xaqani oğlu və 2001-ci il təvəllüdlü Kənan Mustafayev bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bıçaqlanan hər iki şəxs Sabunçu rayonu ərazisində yerləşən məktəblərdən birinin şagirdləridir.
 

# 1512
avatar

Oxşar yazılar