Məşhur aktrisa və 15 yaşlı qızı  yol qəzasında öldülər
07 mart 2026 13:48 (UTC +04:00)

Məşhur aktrisa və 15 yaşlı qızı yol qəzasında öldülər

0

Rusiyada aktrisa və qızı yol qəzasında ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mordoviya Respublikasının Zubovo-Polyanski rayonunda baş verib.

“Sklifosovski” serialı ilə tanınan məşhur aktrisa Ekaterina Vedunova və onun 15 yaşlı qızı Elina qəza nəticəsində həlak olublar.

Respublika Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 45 yaşlı aktrisa hadisə yerindəcə həyatını itirib, qızı isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Müvafiq qurumun məlumatına görə, “Renault” markalı avtomobilin sürücüsü və həmin maşında olan 70 yaşlı sərnişin müxtəlif xəsarətlərlə tibb müəssisəsinə çatdırılıblar.

1980-ci ildə anadan olan Yekaterina Vedunova Balakovo Dram Teatrının aktrisası olub və eyni zamanda televiziya layihələrində də tez-tez çəkilib. Tamaşaçılar onu “Sklifosovski”, “Çernobıl”, “Univer”, “SaşaTanya” və “Godunov” kimi layihələrdə görə biliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar