Məşhur klinikanın  76 yaşlı rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
04 sentyabr 2026 20:00 (UTC +04:00)

Məşhur klinikanın 76 yaşlı rəhbərinin Azərbaycandan çıxışına QADAĞA

0

Bakıda fəaliyyət göstərən məşhur klinikanın rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.

Lent.az-ın məlumatına görə, söhbət Nəsimi rayonu Alı Mustafayev küçəsində fəaliyyət göstərən “Agat Dent” stomatoloji klinikasından gedir.

Məlum olub ki, sözügedən klinikanın dövlət büdcəsi və fondlara ümumilikdə 6013 manat vergi borcu var. Həmin borcların ödənilməsi üçün klinikanın rəhbərliyinə bir neçə dəfə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə son olaraq, “Agat Dent” MMC-nin 76 yaşlı rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması barədə məhkəmədə iddia qaldırıb.

Məhkəmə iddianı təmin edib. Qərara əsasən, 76 yaşlı sahibkar qeyd olunan borcları tam ödəyənədək onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar