Orucağa Mirzalıyev
21 fevral 2022 12:10 (UTC +04:00)

Orucağa Mirzalıyev

Məşhur narkobaron həbsdə öldü - BAKIDA

Azərbaycanda həbsxanada daha bir məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilən Orucağa Mirzalıyev saxlanıldığı müəssisədə qəfildən ölüb.

Onun xəstəlikdən öldüyü ehtimal edilir.

Qeyd edək ki, O. Mirzalıyev 2017-ci ildə həbs edilib. Şimal bölgəsində narkobaron kimi tanınan O.Mirzalıyev 3 kiloqramdan çox narkotik vasitəni Saatlıda satarkən yaxalanıb.

# 4314
avatar

Oxşar yazılar