Məşhur “qanuni oğru”nun qardaşı oğlu  məhkəmə qarşısına çıxarılacaq
27 iyun 2025 17:41 (UTC +04:00)

Məşhur “qanuni oğru”nun qardaşı oğlu məhkəmə qarşısına çıxarılacaq

Moskvanın Neqlinnaya küçəsində həyata keçirdiyi bıçaqlı hücumdan sonra adam öldürməyə cəhddə ittiham olunan Vitali Kalaşov məhkəmə qarşısına çıxacaq. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, prokurorluq iş üzrə ittiham aktını təsdiqləyib. Yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

23 yaşlı Kalaşov kriminal aləmdə Şakro Molodoy kimi tanınan “qanuni oğru” Zaxariy Kalaşovun qardaşı oğludur. 

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2024-cü il dekabrın 30-na keçən gecə Neqlinnaya küçəsində yerləşən mağazaya girib və orada iki müştəri ilə mübahisə edib. Onlar bayıra çıxıblar və aralarında dava düşüb. Münaqişə zamanı Kalaşov qatlanan bıçağı çıxararaq 35 yaşlı rəqibinə bir neçə bıçaq zərbəsi vurub. O, xəstəxanaya yerləşdirilib.

Kalaşov gizlənib və sonradan axtarışa verilib. O, hüquq-mühafizə orqanlarının izinə düşməməsi üçün mobil telefonunu atıb və dəfələrlə yerini dəyişib, lakin məsuliyyətdən yayınmaq cəhdləri baş tutmayıb. Hüquq-mühafizə orqanları onu Balaşixada taparaq saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar