Vəkil Elçin Qəmbərov
28 iyun 2022 17:33 (UTC +04:00)

Vəkil Elçin Qəmbərov

Məşhur vəkil külli miqdarda dələduzluqda təqsirləndirilir

Tanınmış vəkil Elçin Qəmbərovun həbsinin detalları məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, uzun illər Mərkəz Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda yəni - 500.000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elçin Qəmbərov bir müddət Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.

# 2493
avatar

Oxşar yazılar