Rusiyalı müğənni Qriqori Leps boşanma zamanı həyat yoldaşı ilə əmlak uğrunda mübarizə aparan kişilər barədə sərt fikirlər səsləndirib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Müğənninin fikrincə, kişi ailədən ayrıldıqda maddi məsələlərdə daha səxavətli davranmalıdır.
Lepsin şəxsi münasibətlər və boşanma ilə bağlı fikirləri Rusiya sosial şəbəkələrində müzakirələrə səbəb olub.