Braziliyanın sabiq prezidentinin oğlu korrupsiyada  şübhəli bilinir
12 sentyabr 2026 02:48 (UTC +04:00)

Braziliyanın sabiq prezidentinin oğlu korrupsiyada şübhəli bilinir

0

Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun böyük oğlu və oktyabr ayında keçiriləcək prezident seçkisinin favoritlərindən biri olan senator Flaviu Bolsonaru korrupsiya və çirkli pulların yuyulması işi üzrə şübhəli bilinib.

Lent.az AFP-yə istinadən xəbər verir ki, bu barədə sentyabrın 11-də, səsverməyə bir aydan az vaxt qalmış yayımlanan məhkəmə sənədində məlumat verilib.

Məlumata görə, Braziliya Ali Məhkəməsinin hakimi hələ iyul ayında 45 yaşlı senator barəsində araşdırmaya başlanılmasına icazə verib. O, 2019-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş və hazırda dövlət çevrilişinə cəhdə görə 27 ildən çox müddətə həbs cəzası çəkən J.Bolsonaru haqqında "Dark Horse" ("Qaranlıq at") bioqrafik filminin istehsalının maliyyələşdirilməsi ilə bağlı mümkün pozuntularda şübhəli bilinir.

May ayında Flaviu Bolsonaru bankir Daniel Vorkarudan pul istədiyini etiraf edib. O, 2019-2025-ci illərdə 12 milyard realdan (2,35 milyard dollardan çox - red.) çox məbləğdə maliyyə fırıldağı təşkil etməkdə ittiham olunaraq həbsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 68

Oxşar yazılar