Metroda cibgirlik edən  TUTULDU
07 mart 2026 18:33 (UTC +04:00)

Metroda cibgirlik edən TUTULDU

0

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib. 

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar