Minik avtomobili yük maşınına çırpıldı, sürücünün meyiti...
05 yanvar 2021 19:18 (UTC +04:00)

Minik avtomobili yük maşınına çırpıldı, sürücünün meyiti...

Bakının Binəqədi rayonunda "Kia" markalı minik avtomobili “UAZ” markalı yük avtomobilinə çırpılıb. 

Lent.az FHN-ə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan və şəxsiyyəti hələ ki bilinməyən 1 nəfərin meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 1401
avatar

Mehman Nəbiyev

Oxşar yazılar