Rusiyanın Krasnoyarsk diyarında narkotik satan gənc məmur saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Jeleznodorojni rayonunda mədəni irs obyektlərinin dövlət mühafizəsi xidmətinin əməkdaşlarından biri narkotik maddə satarkən tutulub.
Şöbənin əməkdaşı narkotik paylayaraq pul qazanmaq istəyib. Bildirilir ki, onun üzərinə baxış zamanı yüzdən çox bağlama amfetamin, ketamin, həşiş və digər növ narkotik vasitələr aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxsi on ildən iyirmi ilə qədər həbs gözləyir.