Narkotikin təsiri  altında olan sürücü həbs edildi
03 iyun 2026 20:35 (UTC +04:00)

Narkotikin təsiri altında olan sürücü həbs edildi

0

Xəbər verdiyimiz kimi paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. 

Lent.az-ın məlumatına görə, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsrafil Əliyev narkotik vasitənin təsiri altında olub. 

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar