Yasamalda velosipedləri oğurlayan iki qardaş  TUTULDU
03 iyun 2026 17:29 (UTC +04:00)

Yasamalda velosipedləri oğurlayan iki qardaş TUTULDU

0

Bakının Yasamal rayonunda velosipedlər oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar