Azərbaycandan Gürcüstana qaçan 6 afrikalı Zaqatalada  SAXLANILDI
03 iyun 2026 12:39 (UTC +04:00)

Azərbaycandan Gürcüstana qaçan 6 afrikalı Zaqatalada SAXLANILDI

0

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər Nigeriya Federativ Respublikası vətəndaşı – 46 yaşlı İguare Oliver Osagie, 40 yaşlı Ogungbure Adesoji Austin, 34 yaşlı Akinniyi Olamilekan Sunday, 32 yaşlı Adele Moshood Adekunle, 29 yaşlı King Tamarasinla Gloria, 28 yaşlı Ajala Oluvafemi Moses keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1446

Oxşar yazılar