Paytaxtın Xətai rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib.
Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı mənzildən 10 min manatdan artıq pul vəsaitinin talandığını bildirib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Muxtarov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, T.Muxtarov oğurladığı pul vəsaitinin bir hissəsi ilə brend geyim mağazalarından alış-veriş edib.
Araşdırma aparılır.