Naxçıvanda AĞIR QƏZA:  2 nəfər öldü -YENİLƏNİB
29 iyun 2025 12:42 (UTC +04:00)

Naxçıvanda AĞIR QƏZA: 2 nəfər öldü -YENİLƏNİB

Naxçıvanda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.

O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.

Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.

***

10:20

Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə alınıb.

Belə ki, 75-TA-349 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobillə 68-BD-131 dövlət nömrə nişanlı "QAzel" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər ölüb və 2 nəfər yaralanıb.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084

Oxşar yazılar