Naxçıvanda çörək ala bilməyən  kişi söyüşə görə həbs olundu
15 yanvar 2026 13:43 (UTC +04:00)

Naxçıvanda çörək ala bilməyən kişi söyüşə görə həbs olundu

0

Naxçıvan Muxtar Respublikasında marketdən çörək ala bilməyən müştəri xuliqanlıq edib.

Lent.az xəbər verir ki, hadisə Çomaxtur kəndində qeydə alınıb.

Kənd sakini olan 55 yaşlı Müslüm Şərifov (ad və soyad şərtidir) kəndin mərkəzindəki marketə çörək almağa gedib. Lakin satıcı çörək olmadığını deyib. Bundan əsəbiləşən Müslüm nalayiq ifadələr səsləndirib. Bu zaman marketdə olan polis zabiti ona irad bildirsə də, Müslüm buna məhəl qoymayıb və aralarında mübahisə yaranıb.

Nəticədə o, saxlanılaraq şöbəyə aparılıb və barəsində inzibati protokol tərtib olunub.

Şərur rayon Məhkəməsinin qərarı ilə Müslüm Şərifov barəsində 12 gün müddətinə inzibati qaydada həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar