Naxçıvanda tapança ilə  "cip"dən atəş açan  saxlanıldı
22 noyabr 2025 13:10 (UTC +04:00)

Naxçıvanda tapança ilə "cip"dən atəş açan saxlanıldı

1

Naxçıvan Muxtar Respublikasında oyuncaq silahdan atəş açan şəxs cərimələnib.

Lent.az-ın məlumatına görə, hadisə Ordubad şəhərinin Heydər Əliyev prospektində, “Emin” şadlıq sarayının qarşısında baş verib.

39 yaşlı Nadir Əsədov (ad və soyad şərtidir) özünə məxsus avtomobilin pəncərəsindən plasmas oyuncaq tapançası ilə atəş açıb. Bu zaman tapançanı sağla hərəkət edən “VAZ-2107” markalı avtomobilə tuşlayıb. Həmin avtomobil isə tapançanın oyuncaq olduğunu bilmədiyi üçün ehtiyat edərək, maşını sağa çəkərək dayandırıb.

Bu əməlinə görə, Nadir saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Barəsində inzibati iş üzrə icraat aparılan Nadir Əsədov bildirib ki, qohumunun toyundan sərxoş halda çıxaraq, işlədiyi marketi bağlamağa gedib:

“”Mitsubishi Pajero” markalı avtomobilimi dostum idarə edirdi, mən də yanında əyləşmişdim. Dedim gedək restoranda pivə içək. Lakin getdi ki, restoran bağlıdır. Evə qayıdanda əlimdəki oyuncaq uşaq tapançası ilə pəncərədən çölə bir neçə dəfə atəş açdım. Həmin vaxt sağ tərəfimizdən “VAZ-2107” markalı avtomobil keçirdi”.

Nadir Əsədov əməlindən peşman olduğunu deyib. O, himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş edib.

Ordubad rayon Məhkəməsinin qərarı ilə Nadir 70 manat məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 372

Oxşar yazılar