Naxçıvanda toyda KÜTLƏVİ DAVA:  saxlanılanlar var
30 oktyabr 2025 14:32 (UTC +04:00)

Naxçıvanda toyda KÜTLƏVİ DAVA: saxlanılanlar var

0

Naxçıvanda toyda kütləvi dava olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisindəki “Araz” restoranında baş verib.

Toy mərasimi zamanı qonaqlar arasında naməlum səbəbdən dava olub. Bu zaman hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə zamanı qonaqlardan biri uca səslə nalayiq ifadələr işlədib. Polislər ona irad bildirib söyüşü dayandırmağı tələb etsələr də şəxs məhəl qoymayıb və hərəkətlərinə davam edib. Dava iştirakçısı olan bir neçə nəfər polis bölməsinə aparılıb.

Söyüş söyən şəxs bölmədə də hərəkətlərini davam etdirərək, sərxoş halda nalayiq ifadələr işlədib. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün toyda dava olduğu üçün ailəsini evə aparıb yenidən restorana qayıdıb. O, nalayiq ifadələri sərxoş halda işlətdiyini deyərək əməlindən peşman olduğunu bildirib və barəsində yüngül cəza verilməsini istəyib:

“Ailəmi evə aparıb yenidən toya qayıtdım ki, dalaşanları uzaqlaşdırım. Fəhləliklə 4 övlad saxlayıram. Evdə xəstə uşağım var”.

İfadə verən polis əməkdaşları da bildiriblər ki, şəxs sərxoş halda nalayiq ifadələr işlədib, lakin polisə müqavimət və hücum faktı olmayıb.

Naxçıvan şəhər Məhkəməsində hakim Aslan Heydərovun sədrliyi ilə keçirilən prosesdə 150 manat məbləğində cərimə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 900

Oxşar yazılar