“OBA” market məhkəməyə verildi -  SƏBƏB
17 noyabr 2021 17:31 (UTC +04:00)

“OBA” market məhkəməyə verildi - SƏBƏB

“OBA” market Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

Lent.az-ın məlumatına görə, MMC-nin Gədəbəy rayon filialı karantin qaydalarını pozub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib. İş hakim Fizuli Mirzəquliyevin icraatına verilib.

Xatırladaq ki, həmin maddə əsasında hüquqi şəxslərə 400 manat cərimə tətbiq olunur.

# 5256
avatar

Mehman Nəbiyev

Oxşar yazılar