Oqtay Şirəliyev vəfat etdi
03 oktyabr 2025 19:22 (UTC +04:00)

Oqtay Şirəliyev vəfat etdi

0

Keçmiş səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

Lent.az bildirir ki, bu barədə onun yaxınları məlumat verib.

Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

1973-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirib.

O, 2005-ci ildə səhiyyə naziri təyin edilib.

Oqtay Şirəliyev 2021-ci il aprelin 23-də səhiyyə naziri vəzifəsindən azad edilib.

Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar