Polis idarəsinin rüşvətxor rəisi SAXLANILDI
15 may 2025 17:14 (UTC +04:00)

Polis idarəsinin rüşvətxor rəisi SAXLANILDI

Rusiyanın Sankt-Peterburq şəhərində polis idarəsinin rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 290-cı (“Xüsusilə külli miqdarda rüşvət alma”), 291-ci (“Xüsusilə külli miqdarda rüşvət vermə”) və 291.1 (“rüşvət almada vasitəçilik”) maddələri ilə cinayət işi açılıb.

İstintaqın məlumatına görə, 2022-ci ilin iyunundan 2024-cü ilin oktyabrına qədər 37-ci polis idarəsinin rəisi ən azı 1 milyon 200 min rubl məbləğində rüşvət alıb. 

Pul onun nəzarətində olan karta, sonra isə iki iş adamının maraqlarından çıxış edən vasitəçi yolu ilə nağd şəkildə köçürülüb. Onlar şəhərin Vasileostrovski rayonunda qeyri-qanuni ərzaq və spirtli içki satışı ilə məşğul olublar.

Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi polis rəisini və iki sahibkarı saxlayıb. Vasitəçi isə Rusiya ərazisindən qaçıb.

Təqsirləndirilən şəxslərin yaşadığı evlərdə və polis şöbəsində axtarışlar aparılıb. 

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919

Oxşar yazılar