Polisdən iki dəfə qaçdı,  həbs olundu - BAKIDA
09 oktyabr 2025 16:02 (UTC +04:00)

Polisdən iki dəfə qaçdı, həbs olundu - BAKIDA

0

Bakıda ticarət mərkəzinin yaxınlığında dava olub.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında baş verib.

Təqsirləndirilən şəxs 32 yaşlı Tohid Manafov ticarət mərkəzi ərazisində “makler” kimi fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, zərərçəkən şəxs həmkəndlisidir və mübahisə zamanı bir-birlərini itələdikləri üçün o, yerə yıxılıb. Ayağa qalxandan sonra əsəbiləşib və zərərçəkənin sifətinə xəsarət yetirib.

Zərərçəkən şəxs isə bildirib ki, dava zamanı Tohid onun üzünə yumruqla zərbə endirib və o, xəsarət alıb.

Hadisə zamanı ərazidə xidmət olanda polis əməkdaşları Tohidi saxlayaraq, 10-cu Polis Şöbəsinə aparıblar. Lakin o, şöbədən qaçıb. Axtarışlar zamanı Tohid Manafov Abşeron ticarət mərkəzində tutularaq, yenidən bölməyə gətirilib. Bölmədə ona barəsində inzibati protokol tərtib olunacağı deyiləndə Tohid yenə bölmədən qaçıb. Mühafizə polisinin köməyilə o, saxlanılaraq, şöbəyə gətirilib və məhkəməyə çıxanadək burada saxlanılıb.

Bu əməllərinə görə, onun barəsində İnzibati Xətalar məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Qaradağ rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən iclasda Tohid Manafov barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar