Polisdən Masallıda ƏMƏLİYYAT:  39 kilo narkotik  aşkar olundu   -  VİDEO
21 iyul 2025 17:13 (UTC +04:00)

Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Daxili İşlər Nazitliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Masallı rayonunda keçirilən növbəti əməliyyat zamanı 38 yaşlı Rüstəm Abdullayev saxlanılıb.

Ondan 39 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Rüstəm Abdullayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar