Bakı metropoliteninə yeni mətbuat katibi  təyin edildi
21 iyul 2025 15:18 (UTC +04:00)

Bakı metropoliteninə yeni mətbuat katibi təyin edildi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni mətbuat katibi təyin edilib.

Lent.az xəbər verir ki, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb. ("Qafqazinfo")

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar