Polisdən növbəti ƏMƏLİYYAT:  tərkibinə zərərli maddələr  əlavə edilən 40 kilodan çox narkotiklə tutuldular -  VİDEO
03 aprel 2026 14:14 (UTC +04:00)

Polisdən növbəti ƏMƏLİYYAT: tərkibinə zərərli maddələr əlavə edilən 40 kilodan çox narkotiklə tutuldular - VİDEO

0

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları  qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməllərini ifşa edib.

Lent.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kiloqram 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Hər üç şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan qazac əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar