Dünya çempionatına vəsiqə qazana  bilməyən milli komandanın baş məşqçisi  olacaq?
03 aprel 2026 09:23 (UTC +04:00)

Dünya çempionatına vəsiqə qazana bilməyən milli komandanın baş məşqçisi olacaq?

0

2026-cı il Dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisi baş məşqçi Cennaro Qattuzonu əvəz edəcək potensial variantları müəyyənləşdirib.

Lent.az bildirir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, İtaliya Futbol Federasiyası milli komandaya rəhbərlik etmək üçün əcnəbi mütəxəssis, xüsusən də Xosep Qvardiolanı gətirməyi düşünür.

"Mançester Siti"nin 55 yaşlı baş məşqçisinin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, bu mövsümün sonunda komandadan ayrıla biləcəyinə inanılır.

Potensial namizədlər arasında İtaliya millisini  2020-ci il Avropa çempionatında qələbəyə aparan və hazırda Qətərdə "Əl-Sədd"ə rəhbərlik edən millinin keçmiş baş məşqçisi Roberto Mançini və "Napoli"nin hazırkı baş məşqçisi Antonio Kontenin də geri dönüşü nəzərdən keçirilir.

Xatırladaq ki, İtaliya millisi 2026-cı il Dünya çempionatının son pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzub (1:1, 1:4 penalti) və ardıcıl üçüncü dəfə Dünya çempionatına vəsiqə qazana bilməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar