"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş "futbol mərcləri" istintaqının bir hissəsi olaraq ilk dəfə hakim qarşısına çıxıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, məhkəmə Yandaşın azadlığa buraxılmasına qərar verib.
Ötən həftə həbsdən çıxan "Qalatasaray"ın futbolçusu Metehan Baltacı da Mert Hakan Yandaşa dəstək göstərmək üçün Çağlayan məhkəməsinə gəlib.
Prokuror Mert Hakan Yandaşın artıq həbsdə keçirdiyi müddəti nəzərə alaraq onun azadlığa buraxılmasını istəyib. Hakim həm Mert Hakan Yandaşın, həm də Ersen Dikmenin azadlığa buraxılması barədə qərar verib.