Polislər saxlanılan şəxsi döydülər, cinayət işi açıldı
05 noyabr 2024 18:02 (UTC +04:00)

Polislər saxlanılan şəxsi döydülər, cinayət işi açıldı

Rusiyanın Murmansk vilayətində əsassız zorakılıq tətbiq edən polis əməkdaşlarına qarşı cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 22-də rayon mərkəzinin Şabalina küçəsindəki evlərdən birinin yaxınlığında baş verib. İstintaqın məlumatına görə, Daxili İşlər İdarəsinin Kola vilayətində xidmətdə olan iki əməkdaşı saxlanılan şəxsi yumruq və təpiklə döyüblər. 21 yaşlı gənc baş və mədə nahiyəsindən xəsarət alıb.

Polis əməkdaşlarının aqressiyasının səbəbləri məlum deyil. Onlar zorakılıq tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər. Zərərçəkənin hansı vəziyyətdə olduğu məlum deyil.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2877
avatar

Oxşar yazılar