Qadın həbsdəki ərinə  "bayram sovqatı"   kimi görün nə gətirdi?
02 may 2022 11:39 (UTC +04:00)

Qadın həbsdəki ərinə "bayram sovqatı" kimi görün nə gətirdi?

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Lent.az-a xidmətdən  verilən xəbərə görə, Cinayət Məcəlləsinin 93.12, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilən məhkum İqbal Bəxtiyar oğlu Qəhrəmanova həyat yoldaşı Bakı şəhər sakini Səbinə Əşrəf qızı Əlipaşayevanın gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı bişirilmiş toyuğun sümüyünün içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,506 qram miqdarında narkotik vasitə heroin və 0,543 qram psixotrop vasitə metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2742
avatar

Oxşar yazılar