Qadın onu  Dubaya aparmayan   ərini öldürdü
03 dekabr 2023 10:41 (UTC +04:00)

Qadın onu Dubaya aparmayan ərini öldürdü

Hindistanın Puna şəhərində qadın ərini doğum günündə Dubaya tətilə getməkdən imtina etdiyi üçün burnuna bir zərbə vuraraq öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə yerli polisə istinadən xəbər verilib.

"36 yaşlı kişi ad gününü qeyd etmək üçün onu Dubaya aparmaq istəmədiyinə görə həyat yoldaşının burnuna yumruq vurması nəticəsində dünyasını dəyişib", - məlumatda vurğulanır.

Polisdə qeyd edilib ki, 38 yaşlı Renukanın vurduğu zərbə o qədər güclü olub ki, onun əri Nihildən güclü qan axmağa başlayıb.

“Nihilin burnu və bir neçə dişi sınıb. Nihil güclü qanaxma səbəbindən huşunu itirib”, – yerli polis əməkdaşı bildirib.

Kişi zərbədən sonra dünyasını dəyişib. Polis qadına qarşı cinayət işi qaldırıb və əlavə araşdırma üçün onu nəzarətə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4695
avatar

Oxşar yazılar