Qaradağdan Maştağaya gəlib qızıl dükanını taladı - VİDEO
25 aprel 2024 12:15 (UTC +04:00)

Qaradağdan Maştağaya gəlib qızıl dükanını taladı - VİDEO

Bakıda qızıl dükanını talayan və narkotik əkib-becərən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 39 yaşlı Anar Məcidov saxlanılıb. Onun üzərindən və evindən 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

A.Məcidov ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri əkdiyini və onlara xüsusi qulluq edərək şəxsi istifadəsi ilə yanaşı satmaq üçün yetişdirdiyini bildirib.

Qeyd edək ki, A.Məcidov əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib. 
 
Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Maştağa qəsəbəsində yerləşən qızıl dükanlarından birindən soyğunçuluq edərək 1000 manat dəyərində üzük və sırğanı talayaraq ələ keçirən əvvəllər məhkum olunmuş Fərhad Hacıyev də saxlanılıb. O, ifadəsində yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsindən Maştağaya soyğunçuluq məqsədi ilə gəldiyini bildirib.

Hər iki faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. A.Məcidov və F.Hacıyevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

# 1701
avatar

Oxşar yazılar

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28