Qasırğa 500-ə yaxın insanın HƏYATINA SON QOYDU -  FOTO
22 mart 2023 15:54 (UTC +04:00)

Qasırğa 500-ə yaxın insanın HƏYATINA SON QOYDU - FOTO

Malavidə "Freddi" tropik qasırğası nəticəsində ölənlərin sayı 499-a çatıb, 427 nəfər isə hələ də itkin düşüb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, Milli Fəlakətlərin İdarə Olunması Təşkilatının məlumatına görə, təbii fəlakətdən 1332 nəfər zərər çəkib, 508 mindən çox ölkə sakini evlərini tərk edib.

Polis, xilasedicilər və hərbçilər axtarış işlərini davam etdirir.

Xatırladaq ki, “Freddi” qasırğası martın 13-nə keçən gecə Malavini vurub. Çoxsaylı torpaq sürüşmələrinə və evlərin uçmasına səbəb olan güclü yağışlar gətirib. Ölkənin cənub bölgələri, o cümlədən Blantir şəhəri ən çox zərər çəkib. 

Malavi prezidenti Lazarus Çakvera təcili humanitar yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

“Freddi” tarixdə ən uzun müddətli qasırğa olub. Mavrikiy, Madaqaskar, Malavi və Mozambikə də təsir edib.


 

# 2688
avatar

Oxşar yazılar