Qaxda qadın meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Şotavar kəndində qeydə alınıb.
Kənd sakini 36 yaşlı Züllücə Baxışovanın meyiti yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə aşkarlanıb. 3 uşaq anası olan mərhumun nədən öldüyü isə bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.